BMT-nin İraqdakı xüsusi nümayəndəsi, toqquşmalar və qarşıdurmaların bu ölkəni təhlükəli mərhələyə çatdıracağına dair xəbərdarlıq edərək İraqın siyasi və dini liderlərini gec olmamışkən, konkret addımlar atmağa çağırıb.
Martin Kubler yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən dünənki toqquşmalara toxunaraq deyib: Bu toqquşmalar nəzarətə alınmazsa İraq təhlükəli mərhələyə keçəcək.
Kubler İraqın hazırkı vəziyyətinin həssas və taleyüklü olduğunu bildirərək deyib: İraqın siyasi və dini rəhbərlərindən öz tərəfdarlarına qarşı durmalardan çəkindirmələrini və özlərindən uzaqgörənlik nümayiş etdirmələrini istəyirəm.
Martin Kubler deyib: İraq rəhbərlərinin bugünkü məsuliyyət və vəzifəsi tarixidir. Ona görə də sakitliyin bərqərar olunması uğrunda tam şücaətlə səy göstərmələri gözlənilir.
Son günlər ərzində İraqın daha çox sünni məntəqələrinə hökumətə qarşı etiraz aksiyalar və ardıca toqquşmalar yüzlərlə mülki və dövlət qüvvələrinin ölümü və yaralanması ilə nəticələnib.
İraq hökuməti bildirir ki, polis və ordu qüvvələrinə qarşı hücumlarda və son fitnəkar hərəkətlərdə bəs rejiminin qalıqları və əl-Qaidənin əli var.