İraqSuriyaXƏBƏRLƏR

İraqda 4 ayda 3 min nəfər ölüb, 7 min nəfər yaralanıb

BMT TŞ-də İraqın nigaranedici şəraitinin araşdırılması məqsədilə keçirilən bir iclasda BMT-nin İraqdakı xüsusi nümayəndəsi bildirib ki, firqəvi kobudluqlar və terror hərəkətlərinin artması nəticəsində ötən dörd ayda üç min iraqlı ölüb, yeddi min nəfər də yaralanıbdır.

Martin Kubler İraqda demokratiyaya doğru dəyişikliklərin həssas mərhələdə olduğunu qeyd edərək, xəbərdarlıq edib ki, kobudluqların artması ilə təkcə terrorçular Suriya böhranı və siyasi çıxılmazlıq vasitəsi ilə yaranmış səbatsızlıqan mənfəət qazanacaqlar.
O, özünün İraqdakı iki illik tapşırığının son hesabatında Təhlükəsizlik Şurasının üzvlərinə xəbərdarlıq edib ki, İraqda kobudluqlar yenidən artıbdır.
Kubler həmçinin Suriyada kobudluqların genişlənməsinin İraqın daxilinə olan təsirinə işarə edərək, deyib ki, son səbatsızlıq və əmin-amansızlıqlar İraqı da çaxnaşmalara sürükləyibdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu