Suriyada 150 terrorçu ordu qüvvələrinə təslim olub.
Əl-Aləm telekanalının məlumatına görə, ötən aylar ərzində terrorçular tərəfindən silahlı toqquşmalarda iştiraka təhrik edilən 150 nəfər Dəməşqdə ordu qüvvələrinə təslim olub.
Bu arada Suriya ordusu Dəməşqin ətrafında yerləşən Hüseyniyə məntəqəsindəki bütün terrorçuları məhv edib və məntəqəni terrorçulardan təmizləyib.
Habelə, Suriya ordusu Hələb şəhərinin ətrafında əl-Xalidiyyə-Yərmun nahiyyəsində bir qrup silahlı terrorçunu məhv edib.