
AzərbaycanXƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Ötən gün daha bir Azərbaycan Respublikası Ordusunun şəhid olub.
Şirvan şəhər hərbi komissarlığından hərbi xidmətə çağrılan 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu Beyləqan istiqamətində qoşunların təmas xəttində ermənilərin atdığı snayper gülləsinə tuş gələrək şəhid olub.
Qeyd edək ki, Müdafiə Nazirliyi əsgərin həlak olması ilə bağlı hələlik məlumat yaymayıb.