DünyaXƏBƏRLƏR

Karaçi və Pişavər şəhərlərində partlayış

Pakistanda Milli və Əyalət məclisləri seçkiləri ilə yanaşı bu gün səhər Karaçi və Pişavər şəhərlərində partlayış baş verib.

Bu gün Pakistanın cənubunda Sind əyalətinin mərkəzi olan Karaçi şəhərində Milli Xalq partiyasının ofisi yaxınlığında baş verən partlayışda ən azı 9 nəfər ölüb, 10 nəfər də yaralanıb.

Həmçinin Pakistanın şimal-qərbində Xeybər Paxtunxah əyalətinin mərkəzi olan Pişavər şəhərində baş verən partlayış ən azı 8 nəfərin yaralanması ilə nəticələnib.

Bu partlayışlar elə bir halda baş verir ki, Milli və Əyalət məclisləri seçkilərinin təhlükəsizliyinin təmin olunması üçün minlərlə əsgər bölgələrdə yerləşdirilmişdir.

Pakistanda Milli və Əyalət məclislərinin seçkiləri bu gün səhər saat 8:00-dan başlanıb.

Taliban qruplaşması Pakistan parlamenti seçkilərini boykot edib və xalqa da xəbərdarlıq edib ki, seçki toplantılarında iştirak etmək və səs verməyə getməkdən çəkinsin.

Pakistanın müxtəlif bölgələri, o cümlədən Sind və Xeybər Paxtunxah əyalətlərində seçki kampaniyaları başlandıqdan bəri kampaniya toplantılarına terror hücumlarının kəskinləşməsi ilə yüzlərlə nəfər ölüb və yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu