Minlərlə iordaniyalı Beyt-ül-Müqəddəsin işğalının qırx altıncı ildönümü günündə İordan çayının kənarından Beyt-ül-Müqəddəsə doğru simvolik yürüş keçirib.
İordaniya Mühəndislər Birliyinin sabiq sədri və Müsəlman Qardaşları Təşkilatının üzvü- Vail Səqa deyib: Bu yürüşün keçirilməsində məqsəd, Beyt-ül-Müqəddəsin iordaniyalılar, ərəblər və müsəlmanların ürəklərində yerə malik olduğunu dünyaya göstərməkdir. Beyt-ül-Müqəddəs bütün fitnələrə rəğmən, unudulmayacaqdır.