İran Xarici İşlər Nazirliyinin sözçüsü demokratiyanı İran İslam Respublikasının beynəlxalq səhnədə hazırkı ən mühüm qüdrət və iqtidar amili adlandırıb.
Seyid Abbas İraqçı şənbə günü gecə İran İslam Respublikasının beşinci telekanalında İranın heç bir blok və siyasi qüdrətdən asılı olmadığını vurğulayaraq, deyib: İran İslam Respublikası xalqdan asılıdır və öz qüdrətini İran xalqından alır.
İraqçı vurğulayıb: İran İslam Respublikası Fələstin, Livan və İraq kimi mühüm regional məsələlərdə yaxşı bir siyasət yürüdə bilibdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İranda on birinci prezident seçkilərinin keçirilməsinə işarə edərək, söyləyib: Gələcək dövlətdə İranın Kiçik və Böyük Tonb və Əbu-Musa adaları kimi üç adasının mülkiyyəti, habelə milli maraqlar və nüvə mövqeyinin müdafiəsi kimi məsələlər üzrə mövqeləri dəyişməyəcəkdir.