Rəsmi Tehran İlham Əliyevin Azərbaycan R-nın İranla müştərək tarixi kökə təkid etməsini müsbət qarşılayıb
Rəsmi Tehran Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İranın yeni prezidentinə təbrik müraciətində bu respublikanın İranla müştərək tarixi və mədəni köklərə malik olması üzrə təkidini müsbət qarşıladı.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçi özünün Tehrandakı həftəlik mətbuat konfransında deyib: İranla Azərbaycan Respublikası arasındakı dostcasına əlaqələr tələb edir ki, seçkilər xüsusiyyət təşkil etməklə iki ölkənin rəsmiləri arasında təbrik müraciətləri bir-birlərinə verilsin. Cənab Əliyevin müraciəti və onun tarixi, siyasi və mədəni köklərə təkid etməsi çox yaxşıdır. Biz də daim və hər yerdə Azərbaycan Respublikasından söhbət gedəndə bu qədimdən olan əlaqələrə işarə etmişik. Bu qəbildən olan təkidlər və bağlılıqların möhkəmləndirilməsi ölkələrin əlaqələrinin möhkəmlənməsinə səbəb olacaq.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü iki ölkənin tarixi bağlar ilə ziddiyyətdə olan qövmçülük və etnik hərəkətlər haqda da deyib: Əgər indiyə qədər qövçülük və etnik hərəkətlər müşahidə edilibsə, Bakı dövlətinin təkidinə əsasən dövlətlə heç bir əlaqəsi yoxdur. Bakı dövləti daim beləcə qövmçülük və etnik hərəkətlərlə müxalif olduğunu bildirib. İki ölkə yaxşı bilirlər ki, bu hərəkətlər İranla Azərbaycan Respublikası arasındakı qədim əlaqələrlə düşmən olanlar tərəfindəndir. İran İslam Respublikası da istəyir ki, Bakı rəsmilərinin bu sözlərini qəbul etsin.
Abbas İraqçi Azərbaycan Respublikası yoxsullarına yardım etmək üçün İmam Xomeyni(rə) adına İmdad Komitəsinin humanitar fəaliyyətlərinin davamı üzrə diplomatik danışıqlar haqda da bu danışıqların davam etməsindən xəbər verib.
“ İmam Xomeyni(rə) adına İmdad Komitəsi məsələsi haqda və Azərbaycan Respublikası xalqının istəklərinə əsasən, biz hələ də yardım çatdırmağa hazırıq və bu istiqamətdə hələ də Bakı rəsmiləri ilə müzakirələri və fikir mübadilələrini davam etdiririk” –deyə İranın Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.