DünyaXƏBƏRLƏR

ABŞ Qahirədəki səfirliyini bağlayır

30 iyun aksiyasının keçirilməsi ilə yanaşı ABŞ səfirliyi Qahirədəki Amerika vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, bazar günü bu ölkənin Qahirədəki səfirliyi fəaliyyətini dayandıracaq.

ABŞ səfirliyi bu ölkə vətəndaşlarına təhlükəsizlik müraciətində bildirib ki, Misirin vəziyyəti və şəraitini araşdırır və ehtimal olunan kobud fəaliyyətlər müşahidə olunduğu halda 30 iyundan öncə səfirliyin fəaliyyəti ilə bağlı qərarlarını elan edəcək.

ABŞ-ın Qahirədəki səfirliyi həmçinin bu ölkə vətəndaşlarına tövsiyə edib ki, mümkün olduğu qədər öz zəruri vəsaitləri hazırlasınlar. Çünki bir neçə gün evdə qalmağa məcbur olmaları mümkündür.

Təmərrüd (üsyan) hərəkatı bir dəvətlə Misir xalqından istəyib ki, 30 iyun Məhəmməd Mursinin prezidentliyinin 1-ci ili ilə yanaşı geniş aksiyalar keçirsin və Mursinin iqtidardan kənarlaşdırılması və növbədənkənar prezident seçkilərin keçirilməsi istiqamətində addım atsın.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu