AsyaDünyaXƏBƏRLƏR

Argentina Parlamenti “AMİA” hadisəsinin araşdırılması üzrə anlaşmanı ratifikasiya etdi

Argentina Parlamenti cümə axşamı günü AMİA hadisəsinin araşdırılması üçün müştərək faktaraşdırıcı komitənin təşkil edilməzi üzrə Tehran və Buenos-Ayres arasında imzalanmış sənədi ratifikasiya edib.
Bu sənədə əsasən İran və Argentina 1994-cü ildə Buenos Ayresdə AMİA adı ilə məşhur olan yəhudi mərkəzində baş vermiş partlayışla bağlı müştərək faktaraşdırıcı komitə təşkil etməlidirlər.Bu barədə azeri.sahartv.ir saytı məlumat verir. AMİA hadisəsi zamanı 85 nəfər həlak olmuş, 300-dən çox adam yaralanmışdı.
Bu partlayış İsrail-Argentina Əməkdaşlıqları Mərkəzinin(Asociacion Mutual İsraellita Argentina) 7 mərtəbəli binasında baş vermişdi. Elə buna görə də bu hadisə AMİA hadisəsi kimi tanınır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu