Milli Şuranın vahid namizədi; Rüstəm İbrahimbəyov
Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası dünya şöhrətli sənət adamı Rüstəm İbrahimbəyovu 2013-cü ilin prezident seçkisində şuranın vahid namizədi kimi təqdim etdi.
Milli Şurada səsvermədə iştirak edən 85 nəfərdən 84-ü Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına səs verib, 1 nəfər bitərəf qalıb.
Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, sonralar Moskvada Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onlarla bədii film, televiziya filmi və tamaşaların, bədii əsərlərin müəllifidir. Amerika Kino Akademiyasının “Oskar” mükafatına və digər mükafatlara layiq görülüb.
Son günlərdə hahim YAP-ın icra katibini müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olduğunu iddia edərək onun namizədliyini hüquqi baxımdan mümkünsüz bildirmişdir.
