İranXƏBƏRLƏR

İran və 5+1 Qrupunun xarici işlər nazirləri nələri müzakirə etdilər

İran və 5+1 Qrupu xarici işlər nazirlərinin iclası BMT-nin Nyu-Yorkdakı qərargahında bağlı qapılar arxasında baş tutub.

Tehran vaxtı ilə saat 24-də gerçəkləşən iclasda İran və 5+1 Qrupuna üzv ölkələr yəni, Rusiya, Amerika, Fransa, Almaniya və Çinin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov, Con Kerri, Uilyam Heyq, Loren Fabios, Gido Vestervele və Vanq Yu iştirak ediblər.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi xanım Katrin Eşton və 5+1 Qrupunun xarici işlər nazirləri iclasdan öncə yarım saat müddətinə bir-biriləri ilə fikir mübadilələri aparıblar.

Bu, İslam İnqilabının qələbə çalmasından sonra ilk dəfədir ki, İran və Amerikanın xarici işlər nazirləri birlikdə bir masa arxasında müzakirələr aparırlar.Səhər kanalının internet saytının məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iclasın ardınca İranın digər tərəflərlə əməkdaşlıqların davam etdirilməsində qərarlı olduğunu vurğulayaraq, deyib: Ümidvaram nüvə məsələsinin həllinə səbəb olacaq yaxşı nəticələr əldə edək.

Zərif daha sonra deyib: Bütün üzvlər İran xalqının hüquqlarını təmin edə biləcək bir həll yolunun əldə edilməsinə ümidvar olduğunu vurğuladılar və biz də uranın zənginləşdirilməsinin qanuni haqq olduğunu və İranın nüvə fəaliyyətlərinin dinc məqsədlərə xidmət etdiyini sübut etməyə hazır olduğumuzu bəyan etdik.
Zərif əlavə edib: Ümidvaram bütün tərəflərin məqbul bir həll yolunu izləməsi ilə müəyyən bir irəliləyişə nail olaq və varlığı heç bir zərurətdən doğmayan bu işi həll edək.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eşton növbəti görüşün oktyabrın 15-i və 16-da Cenevrədə keçirilməsinin qərara alındığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu