İranXƏBƏRLƏR

“Regiondakı səbatsızlığın kökü xarici müdaxilələr və ifratçı hərəkətlərdədir”

İran İslam Respublikasının xarici işlər naziri regiondakı səbatsızlıq və de-stabil vəziyyətin kökünü xalq tələblərinə münasib cavabın verilməməsi, xarici müdaxilələr və islamla heç bir uyğunluğu olmayan və xarici qüdrətlərin himayə etdiyi qüvvələrin ifratçı hərəkətlər adlandırıb.

İRİB-in məlumatına görə, İran İslam Respublikası və Oman xarici işlər nazirləri həmçinin İran, Oman, Türkmənistan və Özbəkistan dördtərəfli tranzit razılaşmasının əhəmiyyətini vurğulayıblar.

Məhəmməd Cavad Zərif və Yusif Bin Ələvi bazar günü Tehranda apardıqları müzakirələrdə müxtəlif sahələrdə Tehran-Məsqət münasibətlərinin son vəziyyətinə nəzər salaraq əməkdaşlıqların genişlənməsi, xüsusilə dördtərəfli dəhliz layihəsinin yekunlaşması prosesindən razılıq ediblər.

Yusif Bin Ələvi bu layihənin əhəmiyyətinə toxunaraq İranı regionun tranzitinin mərkəzi nöqtəsi adlandırıb.

Tərəflər bu görüşdə dördtərəfli razılaşmanın icra mərhələlərini yekunlaşdırmaq üçün yaxın gələcəkdə xarici işlər nazirləri və ekspertlər səviyyəsində iclasın keçirilməsini diqqət mərkəzində saxlayıblar.

Regionun son proseslərinin araşdırılması bu iki rəsminin müzakirələrinin digər mehvərlərini təşkil edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu