Fələstinin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin üzvü əl-Əqsa məscidinə irimiqyaslı hücum üçün sionist təşkilatların çağırışlarını pisləyib.
MƏA İnformasiya Agentliyinin məlumatına görə, Əhməd Qəri cümə axşamı günü səhər əl-Əqsa məscidinə sionistlərin geniş yürüşü üçün Heykəl Məbədi təşkilatlarının çağırışına reaksiyada bu yürüşü əl-Əqsa məscidinin yəhudiləşdirilməsi və ifratçı sionistlərin bu müqəddəs məkana daxil olması üçün təhrikedici hərəkət üzrə işğalçı sionist rejimin öncədən planlaşdırdığı proqram adlandırıb. Belə ki, bu yürüş bu rejim polisinin dəstəyi ilə həyata keçirilir.
Qəri sionist təşkilatların əl-Əqsa məscidinə geniş təcavüzü və ona tam nəzarət etmək üçün sionist təşkilatların belə çağırışlarının təhlükələri barəsində xəbərdarlıq edərək bildirib: Fələstin xalqı heç vaxt əl-Əqsa məscidini müdafiə etməkdən əl çəkməyəcəkdir.