Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında məskunlaşan bir qrup məcburi köçkün dünən ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.
Nəsimi Rayon Polis İdarəsinin ezam olunmuş polis qüvvələri bu cəhdinin qarşısını alaraq adıçəkilən yataqxananın həyətinə doğru sıxışdırıblar.
Məcburi köçkünlər etiraz edirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onlar üçün tikilən evləri ayrı-ayrı vətəndaşlarla yanaşı məcburi köçkünlərin özlərinə də pulla satırlar.