Amerikalı ekspert Amerikan-İsrail qrupunun regionda öz məqsədinə nail olmaq üçün Suriya ilə bağlı İraq planını icraya qoymaq istədiyini bildirib.
Mark Dankov PressTV ilə müsahibədə deyib: Amerika Suriya olaylarını yaxından izləyir və amerikalılar və israillilərin planı Afrikanın şimalı və Asyanın qərbini tamamilə nəzarət altına almaqdan ibarətdir.
M.Dankov əlavə edib: Amerikalılar və sionistlər öz məqsədlərinə nail olmaq üçün öz muzdurları və əlaltılarından istifadə edirlər. Regionda qondarma rejimləri hakimiyyətə gətirirlər və bu yolla öz məqsədlərinə nail olmağa çalışırlar. Suriya ilə bağlı da bu planı icra etmək istəyirlər.
Amerikalı ekspert deyib: Müxtəlif ölkələrdən muzdlu döyüşçülər və terrorçular Suriyaya gətirilirlər ki, Amerikan-İsrail qrupunun maraqlarını təmin etsinlər.
M.Dankov Suriya məsələlərini dərk etmək üçün pərdə arxasında duran amillərə diqqət göstərmək lazım gəldiyini deyərək, əlavə edib: Məsələ budur ki, Amerika və İsrail Ərəbistanın əməkdaşlığı ilə Suriyaya qarşı planı icraya qoyublar.