Yəmənin müxtəlif şəhərlərinin əhalisi anti-Amerikan aksiyası keçiriblər.
Minlərlə yəmənli bu ölkənin müxtəlif şəhərləri o cümlədən paytaxt Sənada anti-Amerikan aksiyası keçirərək ABŞ-ın Yəmənin Saqtari adasında həbsxana inşa etməyə dair qərarını pisləyiblər. Yəmənli aksiyaçılar həmçinin amerikalıların Yəmən ərazisində yerləşmələrini qətiyyətlə rədd ediblər.
Verilən məlumatlara əsasən ABŞ Yəmənin Saqtari adasında həbsxana inşa etməklə yəmənli məhbuslar və Guantanamo həbsxanalarındakı məhbusları bu adaya köçürmək istəyir.