Amerikanın Minosutay Universitetinin müəllimi, Amerika rəsmilərilərinin yanlış siyasətlərini ölkə iqtisadiyyatının bərbad vəziyyətə düşməsində əsas amilhesab edib.
ABŞ Minosutay Universitetinin porfesoru Ceymz Fetzer ötən gün (şənbə 4 yanvar) Press TV-yə verdiyi müsahibədə deyib: ABŞ iqtisadiyyatının vəziyyətini nəzərə alaraq, 2014-cü ildə bu ölkə iqtisadiyyatı artıq durğunluqla qarşı-qarşı olacaqdır.
ABŞ universitet müəllimi təkidlə bildirib ki, cəmiyyətin orta təbəqəsi, hazırda Amerika iqtisadiyyatı vəziyyətindən daha artıq çətinliklərə məruz qalıblar.
Feterz açıqlayıb: Çox təəssüfləndirici haldır ki, Amerika xalqının ödədiyi vergilər ölkənin Yaxın Şərq məntəqsindəki müdaxilələrinə xərclənilir.
2014-cü il yanvar ayının sonunda Federal Rezervə sədrliyi dövrü başa çatan Ben Bernak isə cümə günü (3 yanvar) ABŞ İqtisadiyyatı Cəmiyyətinin Filadelfiyada keçirilən illik ssesiyasında bildirib ki, onun 8 il uzun sürən Federal Rezervə başçılıq etdiyi dövrdə, ABŞ iqtisadiyyatı misili görünməmiş ən pis böhranla qarşılaşmışdır.