Bir amerikalı mütəfəkkir deyir: ABŞ-ın terrorizmlə mübarizə bəhanəsi ilə atdığı addımlar əslində terrorizmin genişlənməsinə səbəb olub.
Amerikalı mütəfəkkir Noam Çamski bu telekanal ilə müsahibədə deyib: Amerikanın digər ölkələrə qarşı hərbi hücumlar təşkil və onları bombardman etdiyi zaman, bu, insanların hücumçulardan intiqam almaq üçün müəyyən addımlar atmasına səbəb olur.
Çamski əlavə edib: Beləliklə hücum zamanı hədəfə alınan bir kəndin əhalisi potensial terrorçuya çevrilmiş olurlar. Buna görə də, ABŞ-ın gördüyü işlər terrorizm təhlükəsinin aradan qaldırılmasına deyil, onun daha da genişlənməsinə səbəb olur.
Bu amerikalı mütəfəkkir daha sonra deyib: Bu, dünya sülhü üçün ciddi təhlükə sayılır. Amma, təəssüflər olsun ki, bu məsələ ABŞ hökuməti üçün o qədər də önəmli deyil. Ağ Ev elə işlər görür ki, ölkələrin təhlükəsizliyi ciddi təhdid ilə üzləşmiş olur.
Noam Çamski sonda deyib: ABŞ-ın ötən illər ərzində təhlükəsizlik sahəsində gördüyü işlərlə bağlı ifşa edilmiş məxfi sənədlərə müraciət etdikdə aydın olur ki, bu rəftarların ümumiyyətlə ABŞ-ın təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur.