Cümə günü Misirin Əsvit və Qahirə şəhərlərində baş vermiş küçə etiraz aksiyaları zamanı Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursi tərəfdarlarından 5 nəfərinin öldüyünü bildiriblər.
Bu məlumata əsasən Misir rəsmiləri bu toqquşmalar zamanı təqribən 40 nəfərin də yaralandığını bildiriblər.
Bu toqquşmaların şahidi olan bir şəxs Röyters Xəbər Agentliyinə bildiribdir ki, Qahirədə Məhəmməd Mursinin tərəfdarları Əl-Təhrir meydanına doğru hərəkət etmək istəyiblər , amma təhlükəsizlik qüvvələri onları geri oturdaraq, aksiya iştirakçılarına doğru atəş açıblar.
Misirin ordusu və polisinin qüvvələri cümə günü aksiyaları dağıtmaq üçün dəfələrlə gözyaşardıcı qaz və havaya açılan atəşdən istifadə ediblər ki, aksiya iştirakçılarının Əl-Təhrir meydanına daxil olmalarının qarşısını alsınlar.
Müsəlman Qardaşlar Qrupunun tərəfdarları bildiriblər ki, oktyabrın altısına Ərəblərlə İsrail arasındakı müharibənin qırxıncı ildönümü ilə eyni zamanda öz aksiyalarını artıracaqlar.
Məhəmməd Mursinin hakimiyyətdən kənar edilməsindən bəri Misirin təhlükəsizlik qüvvələri və Mursinin tərəfdarları arasında baş vermiş toqquşmalar zamanı yüzlərlə nəfər öldürülüb.