DünyaİranXƏBƏRLƏR

ABŞ rəsmiləri: Vaşinqton və Tehran nüvə anlaşmasına yaxınlaşıblar

ABŞ-ın iki yüksək çinli rəsmisi jurnalistlərə, Vaşinqton və Tehranın İranın nüvə işində anlaşmaya yaxın olduqlarını bildiriblər.

 
Fars Xəbər Agentliyinin məlumatına görə, Amerika və müttəfiqləri Tehranın nüvə işi ilə əlaqədar İran ilə növbəti nüvə müzakirələrinə hazırlaşdıqları halda, ABŞ rəsmiləri nüvə məsələləri ilə əlaqədar İran ilə anlaşmaya yaxınlaşdıqlarını deyiblər.
Deyilənlərə görə, bu anlaşma İrana qarşı sanksiyaların azaldılmasına da səbəb olacaq. Baxmayaraq ki, ABŞ rəsmiləri sanksiyalardakı azalmanın öncədən elan olunmuş miqdarda yüksək olmayacağını bildiriblər.
ABŞ və 5+1 Qrupuna daxil digər ölkələr noyabrın 20-də bir daha Cenevrədə İranın nüvə işi ilə bağlı müzakirələri davam etdirəcəklər.
Müzakirələrin ötən həftə Cenevrədə baş tutan öncəki turunda tərəflər ortaq bir anlaşma sənədinin imzalanması astanasına qədər irəlilədilər. Lakin, Paris bəzi maraqlarının yekun sənəddə nəzərə alınmamasını bəhanə edərək, müştərək sənədin imzalanması qarşısında maneə yaratdı.
Bu iki ABŞ rəsmisindən biri cümə günü jurnalistlərə deyib: Bu məsələ üçün diplomatik həll yoluna alternativ yol yoxdur. Mənə elə gəlir ki, hərbi müdaxilə və ya nəzarət olmadan İranın nüvə işinin inkişafına icazə vermək seçimləri təsirsiz və zərərli seçimlərdirlər. Buna görə də, bizim görmək istədiyimiz iş bu iki seçimdən çəkinməkdir.
Bu amerikalı rəsmi zahirdə növbəti nüvə müzakirələrinə nikbin olduğunu deyərək, yekun anlaşmaya nail olmaq üçün daha artıq müzakirələrə ehtiyacın ola biləcəyini düşündüyünü deyib. O əlavə edib: əsas olan odur ki, biz müzakirə otağına daxil olaq və bir daha anlaşmaya cəhd göstərək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu