DünyaXƏBƏRLƏR

Liviyanın Tripoli şəhərindəki toqquşmalarda 31 nəfər ölüb

Liviyanın Tripoli şəhərində baş vermiş toqquşmalar zamanı 31 nəfər ölüb, üçyüzdən çox şəxs isə yaralanıb.

 

Liviyanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə Tripolinin Ğərğur məntəqəsində baş vermiş toqquşmalar zamanı 31 nəfər həlak olub və ölən və yaralanan şəxslərin sayının artması ehtimal edilir. Bu toqquşmalar zamanı ağır silahlardan istifadə edilib.

Ğərğur məntəqəsində Misratə şəhəri inqilabçılarına bağlı olan silahlı qruplar iştirak edirlər. Liviya vətəndaşlarından bir qrupu Tripolidə silahlı qrupların bu şəhəri tərk etmələri üçün dinc aksiyalar təşkil etmişdilər ki, silahlı qrupların atəşaçması ilə üzləşdilər. Liviya dövləti bir bəyanatda silahlar qruplardan, dövlətin paytaxtda dincliyi bərqərar etmək istiqamətində lazımi tədbirləri həyata keçirə bilməsi üçün atəşkəs elan etmələrini istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu