AsyaDünyaXƏBƏRLƏR

“ABŞ səfiri özünü Azərbaycanın qubernatoru hesab edir”

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib ki, ABŞ səfiri həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir”.

Ramiz Mehdiyev “Azərtac” Dövlət Agentliyinə müsahibəsində deyib: “ABŞ səfirinin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var.
PA rəhbəri deyib: “ABŞ səfiri heç nəyə məhəl qoymayaraq, Azərbaycanla bağlı belə kobud rəftara yol verirsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri var. ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur”.
Qeyd edək ki, 23May ABŞ-ın Bakıdakı səfiri Riçard Morningstar ABŞ-ın Azadlıq radiosuna müsahibəsində demişdir: ” Azərbaycan hökuməti belə arqument gətirir ki, stabillik naminə bəzi addımları atmağa məcburdur. Bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır – vətəndaşları incidir və heç kimin də maraqlarına xidmət eləmir, hətta hökumətin də. Biz demokratiya və insan haqları barədə ciddi danışırıq və bu mövzuda hər zaman səsimizi qaldıracağıq, necə ki, əvvəllər də bunu etmişik.”
Riçard Morningstar vurğulamışdır: ” Rusiyanin Krımda etdiklərindən sonra kim bilir, Rusiya, yaxud üçüncü bir tərəf bu vəziyyətdən necə faydalanmaq istəyə bilər? İndiki vəziyyəti nəzərə alsaq, Azərbaycan, elə ABŞ da çalışmalıdır ki, münasibətlər qorunub saxlansın. Çünki, Azərbaycanın müstəqilliyinin arxasında kim dayanacaq? ABŞ və Avropadan başqa kim?
ABŞ-ın Bakıdakı səfirinin fikrincə, hökumətdə bir çox adam, o cümlədən prezident anlayırlar ki, Birləşmiş Ştatlarla münasibətlər çox vacibdir. Amma Azərbaycan tərəfdən təəssüf etdiyimiz məsələlərdən biri budur ki, ola bilsin, hökumət, Maydanda baş verənlərin burda təkrarlanmasını istəmir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu