DünyaXƏBƏRLƏR

BMT-də daha bir anti-İran qətnaməsinin qəbul edilməsi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının İnsan Haqları Komitəsi İrana qarşı daha bir qətnamə qəbul edib.

Bu komitə qətnaməsinin ilkin layihəsini Kanadada hazırlamışdır.
Müxbirimizin verdiyi məlumata görə, 83 ölkə sözügedən qətnamənin ilkin layihəsinin lehinə , 36 ölkə əleyhinə və 62 ölkə də bitərəf səs verib.
Bu qətnamənin ilkin layihəsində İranın azlıq təşkil edilən qövmlərə qarşı edam hökmünün çıxarılması və məhbuslara işgəncənin verilməsi barədə bir sıra əsassız iddialar irəli sürülüb.
Əlbəttə bu qətnamədə İran prezidenti Həsən Ruhaninin bu ölkədə qadınlarla bağlı qoyulan ayrı-seçkiliklərin götürülməsi və söz azadlığının bəyan edilməsi ilə bağlı götürdüyü öhdəliyi müsbət qarşılanıb.
Eyni halda , Kanadanın BMT-dəki təmsilçisi iddia edib : İranda İnsan Haqları son dərəcə tapdalanır və bu proses davam etməkdədir.
İranın BMT-dəki daimi təmsilçisi Məhəmməd Xəzayi bu qərəzli qətnaməyə reaksiya verərək deyib : Kanada İranın nəzərə çarpacaq dərəcədə olan irəliləyişlərini görməməzliyə vurub və İranla bağlı yalan fikirləri sırıyıb.
Xəzayinin sözlərinə görə , İİR uzunmüddətli bir strategiyanı həyata keçirib . Bu ölkə vətəndaşlarının hüququnun qorunması yolunda əsaslı addımlar atıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu