ABŞ sentorları İran əleyhinə yeni sanksiyaların həyata keçirilməsi üçün plan təqdim ediblər.
İrəli sürülən layihə ABŞ senatının respublikaçı və demokrat üzvlərinin bir neçəsi tərəfindən, o cümlədən Rabert Mendez, Çarlz Şumer, Mark Kerk və digər 23 senator tərəfindən və İranın sülhməramlı nüvə fəaliyyətlərini əngəlləmək niyyəti ilə İran neftinin satışının dayandırılmasını hədəfə alıb.
Bu isə bir halda baş verir ki, Ağ Ev ABŞ senatı tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşıdır və bu kimi hərəkətlərin həyata keçirilməsini Tehran ilə nüvə sahəsindəki anlaşmanın əldə edilməsinə maneə törətdiyinə inanırlar.
Öncə Ağ Ev sözçüsü Ci Karni bildirib ki, ABŞ prezidenti Barak Obama Senatın İran əleyhinə tətbiq etdiyi hər bir yeni sanksiyanı veto edəcək zira hazırda yeni sanksiyaların tətbiq edilməsi üçün uyğun zaman sayılmır.
Qeyd etmək lazımıdır ki, ABŞ-ın xəzinədarlıq nazirliyi ötən cümə axşamı günü (12 dekabr) 19 şəxs həmçinin bir neçə iranlı və xarici şirkətlər İrana qarşı tətbiq edilən sanksiya siyahısına əlavə edilib.
Bu sanksiyalar bir halda baş verir ki, cari miladi il 24 noyabr İran ilə 5+1 qrupu arasında Cenevrədə əldə edilən razılaşmaya əsasən, ABŞ başda olmaqla 5+1 qrupu İran əleyhinə nəiniki yeni sanksiyalar tətbiq edilməməli üstəlik keçmişdəki sanksiyları da azaltmalıolmuşdur.