
ABŞ dövlət katibi suriyalı terrorçuları himayə üzrə Roma iclasında Vaşinqtonun Suriya ilə bağlı mövqeyinin dəyişdiyinə işarə edərək, ölkəsinin suriyalı terrorçulara birbaşa olaraq 60 milyon dollar yardım ayırmaq niyyətində olduğunu bildirdi.
Con Keri İtaliyanın paytaxtı Romada “Suriyanın Dostları” adlı iclasda Amerikanın Suriya prezidenti Bəşşar Əsədi devirmək ardınca olan silahlı qruplaşmalara daha artıq yardım etmək niyyətində olduğunu dedi. Bu barədə azeri.sahartv.ir məlumatı verir. C.Keri daha sonra deyib: ABŞ-ın Suriya müxalifətinə yardımları artırmaq üzrə qərarı İran və Hizbullah tərəfindən himayə edilən Suriya ordusunun zülm və zorakılıqlarının genişlənməsinin ardınca qəbul edilib.
ABŞ dövlət katibi Əsədin vaxtının başa çatdığını deyərək, onun hakimiyyətdən getməli olduğunu bildirib.
Con Keri Əsədin hazırkı vəziyyətdən xilas ola bilməyəcəyini bildirərək, deyib: Bu 60 milyon dollarlıq vəsait hesabına suriyalı müxaliflər yenidən təşkilatlana biləcəklər.
ABŞ bundan öncə də humanitar yardımlar adı altında suriyalı müxaliflərə 384 milyon dollar yardım ayırmışdı. Həmçinin, Suriyalı Müxaliflərin Milli Koalisiyasına da ayrıca 54 milyon dollar yardım ayırıb.