
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi fələstinlilərin qanunsuz şəkildə İsrail rejimi tərəfindən həbs edilmələrinə və bu məhbusların vəziyyətinin dözülməz olmasına işarə edərək, deyib: Bu rejim başçılarını beynəlxalq hüquq normaları və qanunlara əməl etməyə məcbur etmək lazımdır.
Xəzayi Qoşulmayanlar Hərəkatının Koordinasiya Şurasının sədri olaraq, bir nüsxəsi BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və İnsan Haqları Şurası sədrlərinə habelə, BMT-nin insan haqları üzrə baş komissarına göndərilən məktubunda beynəlxalq qurum və təşkilatların fələstinli əsirlərin dözülməz vəziyyətinə diqqət göstərmələrini istəyib.M.Xəzayi həmçinin, İsrail məhbəslərində bir fələstinli əsirin ölməsinə işarə edərək, onun necə həbs olunması, necə istintaqa cəlb edilməsi və necə işgəncələrə məruz qalmasını xatırladıb və deyib: Qoşulmayanlar Hərəkatı bu hadisə ilə bağlı müstəqil, şəffaf və bitərəf araşdırmaların aparılmasını və araşdırmaların nəticəsinin tez bir zamanda elan edilməsini istəyib.
Xəzayi sonda BMT baş katibindən istəyib ki, bu məktub Baş Assambleyanın və Təhlükəsizlik Şurasının rəsmi sənədi olaraq qeydə alınsın.