İranXƏBƏRLƏR

İranın 5+1 Qrupu ilə anlaşma şərtləri

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Almatı müzakirələri ilə bağlı yeni detallara aydınlıq gətirib və İranın 5+1 Qrupu ilə anlaşmaya nail olmaq üçün irəli sürdüyü şərtləri mediaya açıqlayıb.
Əli Baqeri dünən axşam İranın 2-ci telekanalı ilə müsahibədə deyib: İran və 5+1 Qrupu ilə bütün müzakirələrdə Tehran 3 əsas prinsip(məntiq, təşəbbüskarlıq və iqtidar) əsasında addım atıb və elə davranıb ki, 5+1 Qrupu nüvə məsələsində İranın məntiqini qəbul etsin. Bu barədə azeri.sahartv.ir internet portalı məlumatı verir. Ə.Baqeri qərblilərin İran İslam Respublikasının haqlı tələbləri qarşısındakı rəftarları haqda da deyib: Onların siyasəti ikibaşlı siyasətin yürüdülməsi strategiyasına əsaslanır. Yəni, paralel şəkildə olaraq həm təzyiqlər göstərmək, həm də danışıqlar aparmaqdır. Amma, onlar artıq başa düşüblər ki, sonu olmayan bir yolda addımlayırlar.

İranın Şərtləri:

celili-baqiri

  • 1 – İlk olaraq hər iki tərəf müzakirələr üçün bir prinsipi qəbul etməlidir. Yəni, xoşməramlı olmalı və qarşı tərəfin hüquqlarını pozmamalıdırlar.
  • 2 – Müzakirələr üçün aydın perspektivin müəyyən edilməsi və hər iki tərəfin bu yolda addımlaması. İran İslam Respublikası öz nüvə haqqından artığını istəmir və bu xüsusda hansısa şərti qəbul etmir. İranın baxışının əsası nüvə silahları ilə müxalifətdir və dəfələrlə rəsmi formada bunu elan və təkid edib ki, qarşı tərəf İranın uranın zənginləşdirilməsi haqqını tanımalıdır.
  • 3 – Müzakirə tərəflərinin eyni zamanda eyni çəkidə olan addımlar atması. İran və 5+1 Qrupu qarşılıqlı formada və addım-addım hərəkət etməlidirlər. Buna görə ki, əgər buna riayət olunarsa, o zaman onların İranın Moskvadakı təkliflərinə olan cavablarını ekspertlər səviyyəsində araşdırmaq olar.

5+1 Qrupu ehtiyalı olmalıdır ki, İsrail rejiminin tələsinə düşməsin

İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini daha sonra İsrail rejimi və Qərbin ifratçı qruplarının 5+1 Qrupunun Almatı müzakirələrində İran ilə anlaşmaya varmasından nigaran və narahat olmaları haqda da deyib: İsrail rejimi daim regionda böhran amili olduğunu, beynəlxalq hüquq və normalara riayət etmədiyini sübut edib.
Ə.Baqeri əlavə edib: Buna görə də bu rejim çalışacaq ki, İran və 5+1 Qrupu arasındakı anlaşmalarda xələl törəstin. Amma, qarşı tərəf diqqətli və ayıq olmalıdır ki, İsrail rejiminin tələsinə düşməsin və öz hesabına bu qanunsuz rejimin mənafeyini təmin etməsin.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu