ÜMUMİ

ADNA-da hicab yasağı

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bildirib : “Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) hicablı tələbəni dərsə buraxmayıblar”.
Məlumata görə, universitet rəhbərliyi öz əməllərini izah etmək üçün heç bir açıqlama vermir.
Bununla bağlı DEVAMM-nin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Tələbənin hicablı olmasına görə dərsə buraxılmaması – qüvvədə olan qanunvericiliyin kobud surətdə pozulması deməkdir”.
Hicaba qarşı bu addımı pisləyə DEVAMM əlavə edib : “Vətəndaşın həm dini etiqad azadlığı, həm təhsil hüququ pozulur, ona qarşı diskriminasiya davranışı sərgilənir. Ölkə Konstitusiyasının 48-ci maddəsi, Azərbaycanın qoşulduğu “Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 18-ci maddəsi ilə dini etiqad azadlığı, o cümlədən, dini etiqada uyğun zahiri görkəmə malik olmaq hüququ birmənalı olaraq təsbit edilir. Biz ADNA rəhbərliyini bu qanun pozuntusunu təcili aradan qaldırmağa, tələbənin hüquqlarını təxirəsalınmaz olaraq, bərpa etməyə çağırırıq”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu