Amerikanın federal polisi rəsmiləri çərşənbə günü Çikaqo ştatında pərakəndə atışmalardan xəbər veriblər. bu atışmalarda 3 nəfər ölüb 5 nəfər isə yaralanıb.
Atışmalar çərşənbə günü axşam çağı Çikaqo şəhərinin cənub və qərb hissələrində baş verib.
Hələlik bu atışmalarla əlaqədar kimsə həbs edilməyib
FTB-nin yaydığı statistik məlumatlar göstərir ki 2011-ci ildə 8583 nəfər Amerikada güllə yarası alaraq ölüb. Bu isə hər gün 24 nəfərin güllələnərək öldüyü deməkdir.
“Brody” isti silahlardan istifadəyə qarşı mübarizə mərkəzi bildirir ki, Amerikada isti silahlardan istifadə nəticəsində hər gün orta hesabla yaşı 20-dən az olan 8 uşaq və yeni yetmə canını itirir.