Sabah cümə günü (18 aprel) İran İslam Respublikası ordusu gününə aid bir gündür. Təqvimə düşən bu əlamətdar gün hər il İİR-da əzəmətli şəkildə qeyd olunar.
İİR Müdafiə Nazirliyi 29 fərvərdin (19 aprel) günü münasibəti ilə ölkə xalqı və bütün silahlı qüvvələri təbrik edib. Bəyanatda qeyd olunur: Ölkənin Ordu, Sepah və nizman-intizamçı qüvvələrinin tərkibindən ibarət qüvvələrinin hamısı düşmənlərin hər hansı sayber təhdidini kəskin və möhkəm cavab ilə bətndə boğacaqlar.
Bəyanatın digər hissəsində ordu gününün, ölkədə əziz tutulmasına işarə edilərək qeyd olunub: ABŞ və pəhləvi rejiminin himayəçilərinin İslam İnqilabının qələbə çalmasına baxmayaraq qərbli hərbi mütəxəssislərin yenidən bu ölkəyə dönmələri haqda düşündükləri bir halda İİR-nin banisi İmam Xomeyni (r.ə) Həzrətlərinin tarixi müraciəti və müdrik hərəkəti ölkə ordusu qüvvələrinin əhval-ruhiyyəsində yeni bir dəyişiklik yaratdı və beləliklə inqilabçı və iradəli ordu ölkə ərazisinin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına kömək etdi.