DünyaXƏBƏRLƏR

Arqo; Oskar və Hollivudun çirkin oyunu

Mütəxəssislər bildirirlər ki, Hollivudun “Arqo” adlı hiyləgərliyə əsaslanan çirkin oyunu hegemonçuluq quruluşunun fitnələrinə xidmət etdiyi üçün, ən yaxşı film nominasiyasında Oskar mükafatının bu anti-İran filminə verilməsi hələ çox öncədən proqnoz ediləsi idi.
Kino-tənqidçi Kim Nikolini 2012-ci ilin Oktyabrında Kanter Pnaç saytında yer alan məqaləsində yazıb: Mən əminəm ki, bu film Oskarın ən yaxşı film mükafatına layiq görüləcək. Baxmayaq ki, bu film ilə “ən yaxşı” arasında böyük bir fasilə var. Və əgər Obama prezident seçkilərində qələbə çalarsa, bu filmin Oskar mükafatı alması ehtimalı daha da artmış olacaq.
K.Nikolini Amerikada prezident seçkilərindən öncə yazdığı bu məqalədə daha sonra yazır: Seçkilərə yaxınlaşdıqca Arqo da bir o qədər çox gündəmə gətirilir. Çünki, Arqo əslində liberal mühafizəkarların seçkiöncəsi təşviqat kampaniyası istiqamətində hazırlanmış bir filmdir və Obamanın liberal mühafizəkar hökumətinin siyasətlərini himayə məqsədi daşıyır.
Nikolini əlavə edir: Bu film həmçinin ABŞ-ın himayəsi ilə İsrailin İrana qarşı müharibəsinə zəmin yaradır və beləliklə solçular belə bir  müharibə haqda mənfi fikrə sahib olmadan, seçkilərdə Obamanın xeyrinə səs verəcəklər.
Kaliforniya Ştatında, Hollivudun Dalbi zalında keçirilən 85-ci Oskar mərasimi zamanı Barak Obamanın həyat yoldaşı Mişel Obama birbaşa olaraq Ağ Evdən Arqo-nu ən yaxşı film nominasiyasında Oskar mükafatının qalibi elan etdi.
Ben Əflək adlı rejissor tərəfindən çəkilən “Arqo” filmi MKİ-nin keçmiş agenti Toni Mendesin İslam İnqilabının qələbə çalmasından sonra ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsi zamanı saxlanılan 6 amerikalı diplomatın xilas edilməsi ilə bağlı rəvayətlərinə əsasən çəkilib.
Bir qrup iranlı inqilabçı tələbə 4 Noyabr 1979-cu il tarixində ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirdi. Onlar bu səfirliyin casusluq yuvasına çevrildiyi qənaətində idilər.
Arqo filmi yalnız Kanada səfirliyində olan 6 amerikalı diplomatın xilas edilməsi əməliyyatı haqdadır. Bu filmdə ümumiyyətlə 444 gün ABŞ səfirliyində olan 53 amerikalıya heç bir işarə olunmayıb.
Nikolini baş vermiş hadisə ilə bağlı iranlıların rəvayətinə heç bir diqqət göstərmədiyi üçün Arqo filmini tənqid edib və yazıb: Bu film hadisələrin senzuraya məruz qalmış hissəsidir.
O, filmdə cərəyan edən hadisələrlə bağlı heç bir etibarlı və tutarlı tarixi faktın olmadığına işarə edərək, Arqo-nun tamamilə siyasi bir təbliğat məqsədi daşıdığını bildirib.
Bu kino-tənqidçi Yaxın Şərqdə çoxlu sayda amerikalı, iranlı, iraqlı, əfqan və … həlak olduğuna işarə edərək, MKİ tərəfindən xilas edilən bu 6 amerikalıya bu qədər diqqətin göstərilməsini  və Hollivudun məsələni bu qədər şişirtməsini sual doğuran məsələ adlandırıb.
Nikolini deyir: Bəs hər gün həyatını itirən və ya işgəncələrə məruz qalan insanların vəziyyəti necə olacaq?
Arqo filmi MKİ və Kanada tərəfindən müştərək formada həyata keçirilən bir məxfi əməliyyat ilə bağlı yalan-yanlış informasiyalara əsaslanır və Hollivudun bu uydurmasında qalmaqallı məsələlərdən biri amerikalı diplomatların qaçırılmasında Kanadanın roludur.
Kanadanın İrandakı keçmiş səfiri Ken Teylor da bu filmi tənqid edərək, deyib: Maraqlı məsələ odur ki, filmin ssenaristi Kris Trio ümumiyyətlə söhbətin nədən getdiyini və nə haqda ssenari yazdığını bilmir.
K.Teylor əlavə edib: Arqo baş vermiş əməliyyatda son dərəcə mühüm və təsirli rola malik olan Kanadanın rolunu son dərəcə zəif və az əhəmiyyətli qələmə verib.
Teylor tarixi həqiqətləri təhrif etməsinə və İran xalqını ağ-qara fonda nümayiş etdirməsinə görə Arqo filmini tənqid edib və deyib: Bu film insanları olduqları kimi təsvirə çəkməyib.
İran və Amerika 19 Yanvar 1981-ci il tarixində əl-Cəzirə müqaviləsini imzalayıblar. Bu müqavilə əsasında amerikalı diplomatların azadlığı təmin edildi. Bu müqavilənin imzalanmasından bir gün sonra və Ronald Reyqanın prezidentliyə başlamasından dəqiqələr öncə 53 amerikalı azad edildi.
Bu arada siyasi müşahidəçilər də bu qənaətdədirlər ki, Amerika daim əl-Cəzirə müqaviləsini xalqdan gizlətməyə çalışıb və elə buna görə də Arqo filmində bu məsələyə heç bir işarə edilməyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu