“Arqo” filminin ardınca indi də növbəti anti-İran layihə olan “Gülab” gündəmə gəlib. Filmin rejissorları televiziya aparıcısı Con Stüart və Hollivudun yəhudi rejissorlarından biridir. Filmə ABŞ-ın ən varlı ailələrindən biri sponsorluq edib.
Oskar mərasimi və 17 ildir ki, hər bazar ertəsi günü fasiləsiz olaraq davam edən “Deyli Şou” proqramının aparıcısı Con Stüart qərara alıb ki, bu proqramın yayımını 12 həftə müddətinə dayandırsın və anti-İran “Gülab” filmini hazırlamaqla Arqo filminin rejissoru olan Ben Aflekin yolunu davam etdirsin.
Gülab 1388-ci günəş ilində kanadalı jurnalist və sənədli film rejissoru kimi İrana səfər edən Mazyar Bəharinin həyatından bəhs edir. Mazyar Bəhari 88-ci ilin hadisələri zamanı həbs edilərək, Evin həbsxanasına salınır və 118 gün orada saxlanılır.
O, bu müddət ərzində heç vaxt zindan gözətçisinin üzünü görə bilmir və yalnız ondan gələn gülab qoxusu ilə onun tanıya bilir. Buna görə də, ona Gülab ləqəbi verir. Con Stüartın üzərində çalışdığı “Gülab” filminin adı da buradan götürülüb.
