Rusiyanın paytaxtı- Moskvada yaraqlı şəxslərin atəş açmaları nəticəsində üç nəfər həlak olub, bir nəfər də yaralanıbdır.
ITAR-TASS-ın Rusiyanın polis rəsmilərinə istinadlı məlumatına görə, bu gün səhər saat onda Moskvadakı Yeqorovski magistral yolunda baş vermiş terror hərəkəti nəticəsində üç Rusiya vətəndaşı həlak olub, bir nəfər də yaralanıbdır.
Rusiya təhlükəsizlik qüvvələrindən bir qrupu bugünkü terror hadisəsinin araşdırılmasını öz gündəmində yerləşdirib.