DünyaXƏBƏRLƏR

Atom enerjisi üzrə beynəlxalq agentliyin baş direktoru Tehrana daxil oldu

Atom enerjisi üzrə beynəlxalq agentliyin baş direktoru bu qurum ilə İran arasında müzakirələrin yeni mərhələsinin keçirilməsi üçün bu gün səhər çağı Tehrana daxil olub.

Yukio Amano, İran prezidentinin müavini və İranın Atom enerjisi təşkilatının sədri Əliəkbər Salehinin rəsmi dəvəti ilə İrana gəlib.
İran ilə MAQATE arasında qarşılıqlı əməkdaşlıqların inkişaf etdirilməsi üçün bu gün Tehranda iclas keçiriləcək.
Salehi öncə Amanonun Tehran səfəri barədə ümidvar olduğunu bildirmişdi ki, tərəflər yekun nəticə ilə fəaliyyət prosesini dəqiqləşdirəcək və imkan daxilində müştərək bəyanat verəcəklər.
İİR xarici işlər nazirinin müavini və İranın nüvə mövzusunda müzakirə heyətinin üzvü seyid Abbas İraqçı Ötən həftə Vyanaya səfərində MAQATE-nin baş direktoruna, tərəflər arasında qalan məsələlərin həlli üçün yeni təklif vermişdi, həmin təklif MAQATE tərəfindən müsbət qarşılanmışdı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu