Avropa İttifaqı komissarında Madrid prinsipi tövsiyəsi
Avropa İttifaqı komissarı Ştefan Füle Ermənistanla Azərbaycanı Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırıb.
İyulun 10-da Ermənistana səfər edən genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle belə Ermənistan prezidenti Serj Sərkisyanla danışıq aparıb.
jurnalistlərlə söhbətində komissar qeyd edib ki, nə Yerevan, nə də Bakı Dağlıq Qarabağ münaqişəisi ilə bağlı susmalıdır. Ştefan Füle Ermənistanla Azərbaycanı Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırıb.
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həllini təklif edir. Həmin prinsiplər belə sıralanıb:
– Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması (ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, sonra Kəlbəcər, daha sonra Laçın);
– Dağlıq Qarabağa keçid statusu (indiki statusundan çox fərqlənməmək şərti ilə) verməklə onun təhlükəsizliyinə və özünü idarə etməsinə təminat;
– Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;
– Dağlıq Qarabağda bölgənin yekun statusunu müəyyən edəcək referendumun keçirilməsi;
– bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ;
– Dağlıq Qarabağ bölgəsi ətrafına sülhməramlı qüvvələrin yerləşdirilməsi.