Avropa parlament heyətlərinin qarşılıqlı münasibətlərin genişləndirilməsi yollarını araşdırmaq üçün İrana səfərlərinin davamında İrlandiya parlament heyəti də dünən Tehranda İran İslam Respublikası rəsmiləri ilə görüşüb, danışıqlar aparıb.
İrlandiya parlamentinin xarici siyasət komissiyasının sədri Pet Brin və bu ölkənin parlament heyətinin üzvləri bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək onunla danışıqlar aparıblar.
Bu görüşdə İİR xarici işlər naziri ötən həftə ərzində müxtəlif Avropa ölkələrindən parlament heyətlərinin İrana səfərlərinə toxunub və deyib: bu tərəflərin hazırkı siyasi atmosferdə münasibətlərin inkişaf etdirilməsinə meylli olduqlarını göstərir.
Məhəmməd Cavad Zərif İran İslam Respublikası hökumətinin müxtəlif ölkələrlə konstruktiv münasibətlərə dair mövqeyini xatırladaraq deyib: İranın hazırkı siyasətlərinin, İrana qarşı sanksiyaların təsirindən olması anlayışı tamamilə səhvdir.
Bu görüşdə İrlandiya parlamentinin xarici siyasət komissiyasının sədri Pet Brin də İrlandiyanın parlament heyətinin İrana səfərdə məqsədinin qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi olduğunu bildirərək buna ümid etdiyini xatırladıb.
Danışıqların davamında İrlandiya parlament heyətinin digər üzvləri iki ölkə arasında Elmi sahədə əməkdaşlıqlar, İran ilə AB arasında əlaqələr, İranda qadınların cəmiyyətdə xüsusilə ali təhsil ocaqlarında fəal iştirakı və regional dəyişikliklər barədə fikirlərini bildiriblər.
