Beynəlxalq Əmək Təşkilatı Avropada işsizlik səviyyəsinin artması və onun mənfi nəticələri haqda xəbərdarlıq edib.
Beynəlxalq Əmək Təşkilatı(OİT) bu gün bir hesabat yayaraq, Avropada işsizlik səviyyəsinin artmasının ictimai problemlərin artmasına səbəb olması haqda xəbərdarlıq edib.
OİT öz hesabatında bildirir ki, Avropada iqtisadi qənaət siyasəti nəticəsində işsizlərin sayı 26 milyon nəfərə çatıb.
Osloda Avropanın yerli konfransının işə başlaması münasibətilə hesabat yayan QİT həmçinin bildirib ki, ötən 6 ildə Avropada 1 milyon nəfər işini itirib.
Beynəlxalq Əmək Təşkilatı 2088-ci ildən bəri Avropada işsizlər ordusuna daha 10 milyon nəfərin qoşulduğunu da qeyd edib.
Avropa Komissiyası son hesabatında AB-də işsizlik səviyyəsinin 10.9% olduğunu bildirmişdi.