AvropaXƏBƏRLƏR

Avropalıların AB-yə olan etimadı minimum həddə çatıb

Son zamanlar aparılmış bir rəy sorğusuna görə, Avropanın üzləşdiyi ağır iqtisadi böhran və iri borclar öz mənfi təsirlərini göstərməyə başlayıb və avropalılar arasında AB-yə olan inam hissi hər gün daha da azalır.

Avropanın 6 iri ölkəsində həyata keçirilən bu rəy sorğusuna görə, avropalıların AB-yə və Avropa qurumlarına olan inamı minimum həddə enib.
Avro-Barometr Müəssisəsi tərəfindən elan olunan statistik məlumatlara görə, İspaniyada əhalinin dörddə üçünün artıq AB-yə etimadı tükənib. Yalnız əhalinin 20%-i hələ də AB-yə ümidvardır. 5 il öncə aparılmış rəy sorğusunda isə AB-yə nikbin olanların sayı 65% idi.
Almaniyada da əhalinin təqribən 59%-i artıq AB-yə və Avropa qurumlarına inanmır. Halbuki, iqtisadi böhrandan öncə Almaniya əhalisinin demək olar ki, hamısı AB-yə nikbin gözlə baxırdı.
Avropa Birliyinə üzv 6 ölkədə yəni Avropa Birliyinin ümumi cəmiyyətinin üçdə ikisini təşkil edən Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya və Polşada aparılan rəy sorğusuna əsasən AB ilə bağlı əhali arasındakı mənfi baxış son dərəcə artıb. İtaliyada ötən beş ildə AB-yə olan inamsızlıq iki dəfə artaraq, 53%-ə çatıb.
Avropa Birliyi Komissiyasının sədri bildirib ki, Avropa Röyası popolist və nasionalist qüvvələr tərəfindən ciddi təhlükə ilə üzləşib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu