DünyaXƏBƏRLƏR

Biləsuvarda sahibkarların aksiyası gözlənilir

Biləsuvar rayonunda sahibkarlarla icra başçısı arasında ciddi narazılıq yaranmağa başlayıb. Hələ xeyli əvvəldən baş qaldırmış proses artıq ən pik həddə çatıb.

Rayondan daxil olan məlumata görə, icra başçısı Mahir Quliyev neçə müddətdir ki, rayonun mərkəzi küçəsi boyunca yerləşən evlər və dükanlar görünməsin deyə hasarlama işlərinə start verib. İndiyə qədər bunun üçün 5-6 milyon manat ayrıldığına dair məlumatlar var.

Sahibkarlar bildiriblər ki, bu hasar tikiləndən sonra əksər dükanlar hasarın arxa tərəfində qalır ki, bu da onların ticarətlərinə mane olur. Üstəlik, inşa olunan hasarların hündürlüyü 2,1 metrdir ki, bu da yolla gedənlərin həmin dükanı görmə imkanını sıfıra endirir.

Xatırladaq ki, hasar tikilərkən hər bir dükanın qarşısına çıxmaq üçün yoldan ora giriş qoyulmalıdır. Amma Biləsuvarın icra başçısı bu giriş qapısı məsələsini özü üçün əsl qazanca çevirib. Belə ki, o və adamları sahibkarlara xəbər göndəriblər ki, hər dükan 250 manat pul verməsə, onların dükanlarının qarşısına giriş qoyulmayacaq.

Sahibkarlar deyirlər ki, bu açıq şəkildə özbaşınalıqdır və bunun qarşısını almaq üçün bir neçə dəfə rayon rəhbərliyinə etirazlarını çatdırıblar. Onlar bu şikayətlərinə məhəl qoyulmadığını deyərək, başqa yolları qalmadığını vurğulayırlar. Belə ki, onlar aksiya keçirəcəklərini deyirlər.

Onu da qeyd edək ki, analoji problem magistral yol üstündə yerləşən başqa bir rayonda – Qaradağ rayonunda da yaşanmaqdadır. Belə ki, icra başçısı Süleyman Mikayılov magistral yol boyunca əməlli-başlı “Çin Səddi”nin analoqunu yaradıb ki, bunun da nəticəsində nəinki ticarət obyektləri görünməz olub, hətta uşaq xəstəxanası, orta məktəb kimi mühüm ünvanlar da sakinlər üçün əlçatmaza çevrilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu