
Avropa Birliyində iqtisadi böhranın dərinləşməsi ilə Avstriyanın iki əsas siyasi partiyası bu ölkənin AB-dən çıxması təklifi ilə çıxış edib.
Səhər kanalı internet portalının məlumatına görə, Azadlıq və Avstriya üçün Ştronax Komandası adlı partiyaların sədrləri Kristin Ştrax və Frank Ştronax təklif ediblər ki, Avstriyanın Avropa Birliyindən çıxması üçün referendum keçirilsin.
Bu təklif İngiltərənin baş naziri Deyvid Kameronun ölkəsinin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum keçirmək fikrində olduğunu elan etməsinin ardınca irəli sürülüb.
Avstriya üçün Ştronax Komandası partiyasının sədri Avropa Birliyinin artıq yararsız bir quruma çevrildiyini bildirib.