Ərəbistanda “Azadlıq və Ədalət” koalisiyası bir çağırış verərək, bu ölkənin Əl-Şərqiyyə vilayətinin sakinlərindən istəyibdir ki, qərar üzrə məhərrəmin onuncu günü- Aşura günü günorta çağı Əl-Qətif məntəqəsində keçiriləcək antihökumət aksiyasında geniş və fəal iştiraka malik olsunlar.
“Azadlıq və Ədalət” koalisiyasının bəyanatında deyilir: Əl-Qətif məntəqəsində antihökumət aksiyası Hüseyn inqilabının hədəfləri və dəyərlərə öhdəlik və borc istiqamətində keçirilir və ilahi qələbənin reallaşması və Ali-Səud hakimiyyətinə son qoyulanadək davam edəcək.
Ərəbistanın şərqində yerləşən Əl-Şərqiyyə vilayəti hər il Hüseyn Aşurası münasibəti ilə məhərrəm ayının onuncu günündə aksiyanın keçirilməsi səhnəsi olur ki, onda bu vilayət əhalisindən minlərlə nəfər iştirak edir.