İranXƏBƏRLƏR

Ayətullah Əhməd Xatəmi: Prezident seçkiləri yeni bir siyasi qəhrəmanlıq meydanı olacaq

Tehranın cümə namazı xətibi “Siyasi Qəhrəmanlıq” şüarını nəzərə alaraq, 2013-cü ilin iyun ayında keçiriləcək prezident seçkilərinin İran xalqı üçün yeni bir qəhrəmanlıq meydanı olacağını bildirib.

Tehranın cümə namazı xətibi Ayətullah Əhməd Xatəmi deyib: İran xalqı qarşıdan gələn prezident seçkilərində öz əzəmətli iştirakı ilə bu dəfə də keçmişdə olduğu kimi dünyanın gözləri önündə yeni bir qəhrəmanlıq yaradacaq.
Ayətullah Xatəmi həmçinin Ordu Günü münasibəti ilə İran İslam Respublikası Silahlı Qüvvələrini təbrik edərək deyib: İran bir çox ölkələrin əksinə olaraq, xəlqi, güclü və sevimli bir orduya malikdir.

Tehranın cümə namazı xətibi İran İslam Respublikası ordusunun 8 illik müqəddəs müdafiə illərindəki qəhrəmanlıqlarına və İslam İnqilabının qələbə çalmasından sonra ölkənin müdafiəsindəki şücaətinə işarə edərək deyib: İranın Silahlı Qüvvələri bu gün İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri əsasında ən yaxşı vəziyyətə malikdir və ordunun müxtəlif sahələrdəki inkişafı bütün dünyanı heyrətdə qoyub.

Ayətullah Xatəmi İranın Silahlı Qüvvələrinin ölkənin müdafiəsinə tam hazır olduqlarını deyərək bildirib: Düşmənlər bilirlər ki, İrana qarşı istənilən təcavüzkarlıq onlar üçün peşmanedici cavaba malik olacaq və İran Silahlı Qüvvələri onlara ağır zərbə endirəcək.

Tehranın cümə namazı xətibi həmçinin Boston və Texasda baş vermiş partlayışlardan təəssüfləndiyini bildirərək deyib: İran İslam Respublikası dünyanın istənilən nöqtəsində, o cümlədən İraq, Əfqanıstan, Pakistan, Suriya və Amerikada günahsız insanların qırğın edilməsini pisləyir və bunu qeyri-insani bir cinayət hesab edir.

Ayətullah Xatəmi ABŞ rəsmilərinin son partlayış hadisələrində bir qrup insanın ölməsi və yaralanmasından narahatlıq ifadə etmələrini xatırladaraq onların Suriyada günahsız insanların gündəlik qırğın edilmələri qarşısında sükut etmələrini qəbuledilməz adlandırıb və deyib: Bu, tamamilə ikili standartlara əsaslanan bir rəftardır və insan haqları məsələsindən bir vasitə kimi istifadə olunduğunu sübut edir.

Tehranın cümə namazı xətibi sonda Amerikada baş verən partlayışların səbəblərinin aydınlaşması üçün zamana ehtiyacın olduğunu bildirərək ümidvarlıq edib ki, ABŞ rəsmiləri öz ölkələrində günahsız insanların həlak olmasını müşahidə etdikləri zaman terrorçuları himayə etməkdən əl çəksinlər. O terrorçuları ki, hər gün Suriyada günahsız insanları qırğın edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu