AsyaSuriyaXƏBƏRLƏR

Suriyada yaraqlılar 30 sivili qətlə yetiriblər

Suriyadan daxil olan məlumatlara görə, silahlı qüvvələr İdlib vilayətində 30 mülkini qətlə yetiriblər.

İraq və Şam İslam Dövləti adlı terror birləşməsinin üzvləri Kəftin kəndini minaatanlarla hədəfə alıblar. Bu hücum nəticəsində kənd sakinlərindən 30-a yaxını həlak olub, bir neçə nəfər də yaralanıb.

İngiltərədə Müdafiə Araşdırmaları Mərkəzinin araşdırmalarına əsasən Suriyada Bəşşar Əsəd hökumətinə qarşı 100 minə yaxın silahlı qiyamçı savaş aparır.

Bu arada Suriyadakı silahlıların əsasən xarici ölkə vətəndaşlarından ibarət olan 10 min nəfəri Əl-Qaidə terror şəbəkəsinə bağlıdır. İraq və Şam İslam Dövləti və Əl-Nüsrə terror dəstələri bu qəbildəndirlər.

Qərb və onun regiondakı müttəfiqləri xüsusilə də Ərəbistan, Qətər və Türkiyə Suriyadakı terrorçuları və silahlı dəstələri Əsəd hökumətinə qarşı savaşda himayə edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu