Azərbaycan əsgəri yoldaşını və özünü güllələyib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi hissəsində qanlı olay baş verib.
Aprelin 8-də Milli Ordunun əsgəri Türkan Əhədzadə avtomatdan atəş açaraq əsgər yoldaşı Hidayət Hacıyevi güllələyib. T. Əhədzadə daha sonra öz ayağına atəş açıb.
H. Hacıyev qarın nahiyəsindən, T. Əhədzadə isə ayağından aldığı güllə yaraları ilə hospitala yerləşdiriliblər.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir ki, 2013-cü ilin birinci rübündə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 23 nəfər itirib. İtkilərin 4-ü döyüş (erməni gülləsi), 19-i qeyri-döyüş itkisidir.
Ötən il ölkədə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Bunun cəmi 16 nəfəri döyüş itkisi hesab olunur.
Keçən il Azərbaycan Ordusunu itkilərinin sayı Ermənistandan 2 dəfə çoxdur.
Azərbaycan Respublikasında əsgərlərin qeyri- döyüş şəraitində ölümlərinə qarşı dəfələrlər etiraz aksiyası keçirilib.
