Azərbaycan R-da məhərrəm ayı əzadarlığı başlanıb
Məhərrəm ayı’nın əzadarlıqları Azərbaycan R-nın müsəlman xalqının iştirakı ilə bu gün çərşənbə axşamı günündən bu ölkənin məscidlərində başlanıb.
Dua, mərsiyyə və növhə oxumaq, sinə vurmaq və Kərbəla hadisəsi və İmam Hüseyn(ə) və onun vəfalı köməkçilərinin şəhadəti barədə çıxış etmək Azərbaycan R-da əzadarlıq mərasimlərinin tədbirlərindəndir.
Azərbaycan Respublikasında Qafqaz Müsəlmanları Ruhani İdarəsi də bəyanat yayıb, məhərrəm ayının gəlib çatması münasibəti ilə bu respublikanın müsəlman xalqına başsağlığı verərək, ondan istəyibdir ki, məscidlərdən kənarda əzadarlıq mərasimləri keçirməkdən çəkinsin.
Azərbaycan Respublikası xalqının doxsan səkkiz faizini müsəlmanlar təşkil edirlər ki, onların əksəriyyəti şiədir.
Bu məlumata əsasən, Azərbaycan Respublikasının xalqı kommunistlərin yetmiş il hökmranlıqlarına rəğmən, öz dini mərasimlərini qoruyub saxlayıbdır və istiqlaliyyətdən sonra məhərrəm ayının əzadarlıq mərasimləri bu ölkənin məscidlərində möminlərin iri miqyaslı iştirakı ilə keçirilir.
Son illər ərzində də Azərbaycan Respublikasındakı islami və xalq qurumlarının aşura gününün bu ölkədə rəsmi tətil kimi elan olunması üzrə tələbləri artıbdır.