İran İslam Respublikası prezidenti İran və 5+1 Qrupu arasındakı son nüvə müzakirələrində əldə olunan irəliləyişdən razılıq edib.
Həsən Ruhani Avstriyanın Tehrandakı yeni səfiri Fridrix Ştift ilə görüşdə ümidvarlıq edib ki, İran və 5+1 Qrupu arasında noyabrın 7-si və 8-də Cenevrədə baş tutacaq növbəti nüvə müzakirələrində tərəflər yeni və təsirli addımların şahidi olsunlar.
Ruhani deyib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının üzvü olaraq Avstriyadan intizarı İranın nüvə işinin adi vəziyyətə qaytarılması üçün əlavə səylər həyata keçirməsidir.
Avstriyanın İrandakı yeni səfiri Fridrix Ştift də bu görüşdə öz etibarnaməsini İran prezidentinə çatdıraraq, deyib: Avstriya prezidenti ümidvardır ki, İran prezidenti ilə Nyu-Yorkda başlanan müsbət müzakirələr davam etsin və onun müsbət nəticələri hər iki ölkə xalqına nəsib olsun.