Bəhreyn xalqı bir daha küçələrə axışaraq bu ölkədə demokratiyanı istəyən etirazçıların kütləvi şəkildə repressiya olunmasını pisləyib.
Ali-Xəlifə rejiminə qarşı cümə günü bir neçə kənddə o cümlədən Manamanın qərbində əl-Diyə və Dəmistan kəndlərində aksiyalar keçirilib.
Bəhreynin bayrağını özləri ilə daşıyan etirazçılar bu aksiyalar zamanı rejimə qarşı şüarlar səsləndiriblər.
Bəhreyndə bir məhkəmə rejimə qarşı 18 fəalı 5-7 il həbsə məhkum edib.
Bu qərar uzunmüddətli həbslərə məhkum olunan demokratiya sevər etirazçıların sayının 122 nəfərə çatmasına səbəb olub.
2011-ci il fevral ayının ortalarından minlərlə demokratiya tərəfdarı Bəhreynin küçələrində çoxlu aksiyalar keçirərək Ali-Xəlifə ailəsindən iqtidardan getməsini istəyib.
