Şimali Atlantik Alyansı NATO-nun baş katibi Suriyaya qarşı ehtimal olunan istənilən hərbi gücün tətbiq olunmasını rədd edib.
Andre Foq Rasmusen bildirib: Suriya toqquşmaları üçün hərbi həll yolu yoxdur.
Rasmusen bu ərəb ölkəsində böhranın həlli üçün siyasi həll yoluna ehtiyac duyulduğunu bildirib.
Rasmusen həmçinin Suriya böhranının həlli barəsində ABŞ və Rusiyanın razılığı ardınca keçirilməsi planlaşdırılan beynəlxalq toplantını dəstəklədiyini bildirib.
NATO baş katibi bildirib: Mən Suriya hökuməti və müxaliflərindən istəyirəm ki, böhranın həlli üçün həll yolu olacağına ümid bəslədiyim bu iclasda iştirak etsinlər.