Sionist rejim əsgərləri İordan Çayının Qərb sahilinə basqın ediblər. Hücum zamanı sionistlər 10 fələstinlini həbs ediblər.
İsrail ordusunun radiosu bir bəyanatda bu rejim əsgərlərinin bazar ertəsi gecə Nablos və Beyt Ura məntəqələrinə etdikləri hücum və oradakı fələstinlilərə divan tutmalarına işarə edərək qeyd edib ki; Bu əməliyyatda ordu əsgərləri 3 fələstinlini həbs ediblər.
Bundan savayı Surif , Beyt Ləhm , Əl-Xəlil , Deyr Rəzəh və Xərbə Əl-Təbəqə 7 fələstinlini həbs ediblər.
Bu qaynağın bildirdiyinə görə, həbs edilən şəxslər , Tələvivin təhlükəsizlik orqanının istintaq bölməsinə təhvil veriliblər.
Deyilənlərə görə, İordan Çayının Qərb Sahilində Qüdsün şərqi hissəsində 60 min fələstinli su çatışmazlığından əziyyət çəkir.
Sionist rejim bir ay bundan öncədən sözügedən məntəqəyə suyun paylanmasını azaltmağa başlayıb.
Bu fələstinlilər yük maşınları ilə su paylayan sionist şirkətlərdən baha qiymətlə su almağa məcburdurlar.
Sionist rejimin su təminatı şirkəti iddia edir ki , şərqi Qüds infrastrukturları bütün fələstinlilərin su tələbatını təmin etmə limitinə malik deyil.